Mingəçevirdə məktəbdə yanğın olub

Hadisə

09.03.2020 - 01:04

Orta məktəbdə yanğın hadisə baş verib 

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus orta məktəbdə yanğın olması barədə məlumat daxil olub. 

 

FHN-dən AYNA-ya verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

 

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş