Mingəçevirdə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Xəbərlər

05.12.2023 - 17:53

Həkimlər Klinikalar SEO Xidməti

Sanitar norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu məlum olub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları görülən nəzarət tədbirləri çərçivəsində Mingəçevir şəhərində Heydər Əliyev prospekti və İsmət Qayıbov küçəsinin kəsişməsində fəaliyyət göstərən “Minchicago” dönərxanasında plandankənar yoxlama aparıblar.

AQTA-dan AYNA-ya verilən məlumata görə, yoxlama zamanı qida obyektində sanitar norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu məlum olub.

Bişmiş toyuq dönərindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində mikrobioloji göstəricilərində uyğunsuzluq (E.Coli) aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxs barəsində inzibati cərimə tətbiq edilib, nöqsanlar aradan qaldırılanadək dönər satışının dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub və icrası zəruri göstərişlər verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş