58 yaşlı kişi xəstəxanada dünyasını dəyişib
Mingəçevirdə tut ağacından yıxılan şəxs ölüb. AYNA APA-ya istinadən xəbər verir ki, iyunun 2-də Mingəçevir şəhər sakini, 1965-ci il təvəllüdlü Kamran Salahov qonşusunun həyətindəki tut ağacından yıxılaraq kəllə-beyin travması alıb.
O, xəstəxanaya yerləşdirilib və bu gün orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.