Millimiz Bolqarıstan yığması ilə heç-heçə edib

İdman

25.03.2024 - 22:38

Yoldaşlıq görüşündə qalib müəyyənləşmədi

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib. AYNA xəbər verir ki, yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.

59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev hesabı açıb. 87-ci dəqiqədə Musa Qurbanlı tarazlığı bərpa edib.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

Müəllif: Ayna.az