Milli Məclisin xərclər smetası təsdiq edilib

Xəbərlər

03.12.2021 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

Deputatlarının əməkhaqqı üçün 5 milyon 382 min 624 manat ayrılıb

Parlamentin bu gün keçirilən iclasında Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında qərar layihəsi qəbul edilib.

AYNA-nın xəbərinə görə, sənədə əsasən, 2022-ci ildə Milli Məclisin və onun aparatının xərclər smetası 42 036 822 manat olması müəyyən edilib.

Həmin vəsaitdən isə Milli Məclisin deputatlarının əməkhaqqı üçün 5 382 624 manat ayrılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş