Milli Məclisin Qanunvericilik İşlər Planı qəbul edilib

Xəbərlər

13.03.2020 - 14:36

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələrinə də baxılması planlaşdırılıb

 

Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il yaz sessiyasının Qanunvericilik İşlər Planı müzakirəyə çıxarılıb.

 

AYNA xəbər verir ki, İşlər Planına “Lombardlar haqqında”, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Ali təhsil haqqında” “Kinematoqrafiya haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında”, ”Yazılı abidələr haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Turizm haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Yazılı abidələr haqqında” qanun layihələri daxil edilib.

 

Həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri və Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələrinə də baxılması planlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş