İclasda peyvəndləmə və görülən digər tədbirlər müzakirə olunacaq
Milli Məclisdə koronavirusla (COVID-19) bağlı ölkədəki mövcud vəziyyət müzakirəyə çıxarılacaq. Bu barədə AYNA-ya Milli Məclisdən bildirilib.
Qeyd edilib ki, fevralın 4-də bununla bağlı Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin videokonfrans şəklində birgə iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda peyvəndləmə və görülən digər tədbirlər barədə məsələlərin müzakirəyə çıxarılması gözlənilir.