Məzahir Pənahov vəzifəsində qaldı

Xəbərlər

27.04.2021 - 16:51

O, yenidən MSK-nın sədri seçilib

 

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. AYNA-nın xəbərinə görə, toplantıda Milli Məclisin Sədri Sahibə Qafarova və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev də iştirak ediblər.

 

İclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.

 

Yeni tərkibdə keçirilən ilk iclasında Məzahir Pənahov yenidən qurumun sədri seçilib.

 

Qeyd edək ki, M.Pənahov bundan əvvəl də MSK-nın sədri idi.

 

İlk iclasda həmçinin Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi seçiliblər.

 

Qeyd edək ki, bundan öncə də Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi olublar.

Müəllif: Ayna.az