Messi Honq Konq hökumətini qəzəbləndirib

İdman

05.02.2024 - 17:04

Azarkeşlər biletlərin pulunun qaytarılmasını istədilər

Honq Konq hökuməti "İnter Mayami"nin hücumçusu Lionel Messinin Honq Konq liqa komandası ilə yoldaşlıq oyununda oynamamasından narazıdır. AYNA xarici mediaya istinadən bildirir ki, ulduz futbolçu müqaviləsinə əsasən, matçda 45 dəqiqə oynamalı idi, lakin meydana çıxmadı.

Oyunun keçirilməsi üçün 1,9 milyon dollar qrant ayrılıb. Daha 128 min dollar isə oyunun keçirildiyi stadiona ayrılıb.

Qeyd edək ki, fevralın 4-də Honq-Konqun “ulduz komandası” yoldaşlıq görüşündə Mayami “İnter”inə 1:4 hesabı ilə uduzub. Messi ehtiyat oyunçular skamyasında qalıb, buna görə də azarkeşlər oyun boyu tribunadan öz tələblərini səsləndirərək biletlərin pulunun qaytarılmasını tələb ediblər.

Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar. Oyundan sonra "İnter Mayami"nin sahibi Devid Bekhem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, aldadıb. Qarşılaşmaya 38 minə yaxın adam qatılıb.

Müəllif: Ayna.az