"İnter Mayami"nin hücumçusu yaxın gələcəkdə Avropada oynaya bilər
"İnter Mayami"nin hücumçusu Lionel Messi yaxın gələcəkdə Avropada oynaya bilər. AYNA "Marca"ya istinadən xəbər verir ki, klub argentinalı ilə müqaviləni 2025-ci ilin sonu və 2026-cı ilin əvvəli arasında, MLS-də heç bir matç olmadığı zaman, oyunçunun Avropa klubuna icarəyə verilməsinə imkan verəcək variant daxil etməklə uzatmaq niyyətindədir.
Bu, ulduz forvardın ABŞ-da mövsümlərarası fasilədə optimal formasını saxlamağa imkan verəcək.
Messinin "İnter Mayami" ilə hazırkı müqaviləsi bu ilin sonuna qədərdir. Daha əvvəl klub 37 yaşlı futbolçu ilə müqaviləni ən azı bir il uzatmağa hazır olduğunu açıqlamışdı.
MLS-in yeni mövsümü fevralın sonunda başlayır.