Superliqa klubunun 5 futbolçusunda koronavirus aşkarlanıb

İdman

29.05.2020 - 05:35

Koronavirus diaqnozu qoyulan 6 nəfərdən 5-i futbolçudur

 

Türkiyənin "Yeni Malatyaspor" klubunun 6 üzvü koronavirusa yoluxub.

 

AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat katibi Hakkı Çelikel məlumat verib.

 

Onun sözlərinə görə, koronavirus diaqnozu qoyulan 6 nəfərdən 5-i futbolçudur.

 

Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa olunmalıdır.

Müəllif: Ayna.az