Meşədə ağacların kəsilməsi araşdırılır - FOTOLAR

Xəbərlər

05.12.2023 - 23:48

İsmayıllıda vələs və fıstıq ağaclarını qanunsuz kəsən şəxslər saxlanılıb

İsmayıllıda meşə fonduna daxil olan ərazidə ağacları qanunsuz kəsən şəxslər müəyyən olunub.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllı rayonunun Zərnava kəndində meşə fonduna daxil olan ərazidə 20-yə yaxın vələs və fıstıq ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.

Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin ağacları kəsən 3 nəfər rayon sakini müəyyən olunub.

Hazırda faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Meşədə ağacların kəsilməsi araşdırılır - Meşədə ağacların kəsilməsi araşdırılır - Meşədə ağacların kəsilməsi araşdırılır -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş