"Mesaj budur ki, islahatları sabotaj etmək istəyənin başı əziləcək"

Siyasət

24.10.2019 - 20:05

Elxan Şükürlü: “Bundan sonra da oliqarxiya Prezidentin islahat siyasətini sabotaj etməyə cəhd göstərəcək”

 

“Hakimiyyətdəki kadr əvəzləmələri və yerdəyişmələri Prezident İlham Əliyevin 2016-cı ildə Konstitusiyaya edilmiş dəyişikliklərlə başlatdığı, 2018-ci ilin Prezident seçkiləri ilə davam etdirdiyi reformalar strategiyasının ən önəmli tərkib hissəsidir və daxildən, kənardan nə qədər müqavimətlə qarşılansa da, sistemli və ardıcıl xarakter daşıyır”.

 

Bu fikirləri AYNA-ya açıqlamasında Strateq.az saytının rəhbəri, politoloq Elxan Şükürlü deyib. O, hesab edir ki, neft gəlirlərinin 2014-cü ildən aşağı düşməsi iqtisadiyyatı neftdən asılı olan Azərbaycanda sürətli islahatların aparılmasını zəruri etsə də, ölkənin Qarabağ kimi probleminin varlığı hakimiyyəti bu islahatları tədrici və daha ehtiyatlı ssenarilərlə həyata keçirməyə vadar edib.

Mərahim Nəsib