Mərkəzi Bank uçot dərəcəsini endirib

İqtisadiyyat

31.01.2024 - 11:01

Uçot dərəcəsi 8 faizdən 7.75 faizə endirilib

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini endirib. AYNA xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Qeyd olunub ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.

Müəllif: Ayna.az