Merkeldən koronavirusla bağlı çağırış

Dünya

11.03.2020 - 20:07

Həkimlər Klinikalar SEO Xidməti

Almaniya əhalisinin 60-70 %-i risk altındadır

 

Almaniya Kansleri Angela Merkel koronavirusla bağlı ölkəsinə çağırış edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Merkel ölkənin Səhiyyə naziri Jens Spahn və Robert Kox İnstitutunun rəhbəri Lothar Vielerin iştirakı ilə keçirilən mətbuat konfransında Covid-19-la bağlı narahatlıq səslənib.

 

A.Merkel vurğulayıb ki, virus bütün Avropaya yayılıb, dəqiq müalicəsi və peyvəndi olmadığından dünya sınaq içindədir. Mübarizə tədbirləri davam etməlidir. O qeyd edib ki, alimlərin proqnozuna görə, Almaniya əhalisinin 60-70%-nin virusa yoluxma ehtimalı var, yaşlı və bir qrup xəstəliyi olanlar daha çox yoluxma riski daşıyır.

 

“Bizim sövlət federal respublikadır, federalizm məsuliyyətdən qaçmaq yox, hər kəsuin məhsuliyyətini bildirmək üçündür. İnsanlar səbrlə davranmalı, bu müddəti sakit keçirməlidir”, -  Merkel bildirib.

Müəllif: Raminə Eyvazqızı

Pin up casino Pin-up casino giriş