“Mən heç vaxt təsəvvür edə bilməzdim ki, mənim şəxsi həyatıma Amerikadakı səlahiyyətlilər müdaxilə edəcək”
Federal Təhqiqat Bürosu (FTB) Mar-a-Laqoda bir evdə axtarış apararkən şəxsi həyatın toxunulmazlığı hüququnu pozub. AYNA xəbər verir ki, bu ittihamla ABŞ-da prezidentliyə namizəd Donald Trampın həyat yoldaşı Melaniya “X” sosial şəbəkəsindəki səhifəsində çıxış edib.
“Mən heç vaxt təsəvvür edə bilməzdim ki, mənim şəxsi həyatıma Amerikadakı səlahiyyətlilər müdaxilə edəcək. FTB Floridadakı evimə gəldi və şəxsi əşyalarımı axtardı”, - Melaniya Tramp bildirib.
O vurğulayıb ki, bu vəziyyət amerikalıların azadlıq və hüquqlarına hörmət edilməsinin zəruriliyini xatırladır.
Mar-a-Laqo evdə 2022-ci ilin avqustunda Trampa qarşı aparılan istintaq çərçivəsində axtarış aparılıb.