Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb

Xəbərlər

20.02.2024 - 11:55

cedabet dərman SEO Xidməti

“Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb”

Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb.

Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb: "Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş