Məktəblərin bağlanması təklifinə Təhsil Nazirliyindən cavab

Xəbərlər

02.03.2020 - 12:32

cedabet dərman SEO Xidməti

"Müvafiq məlumatlar təhlil olunur və nəticələr barədə qərar qəbul edilir"

 

Koronavirus epidemiyası ilə bağlı mübarizə ilk gündən diqqət mərkəzindədir. Artıq yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb və proses növbəti günlərdə də davam edəcək".

 

AYNA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında deyib.

 

Nazirliyin sözçüsü bildirib ki, məktəblərdə fəaliyyət göstərən qərargaha toplanan müvafiq məlumatlar təhlil olunur və nəticələr barədə qərar qəbul edilir.

 

C.Valehov məktəblərdə təhsilin dayandırılması ilə bağlı fikirlərə də münasibət bildirib: "Hələlik bu barədə heç bir qərar verilməyib. Mövcud vəziyyət müzakirə edilir və bu barədə hər hansı qərar qəbul edilərsə, ilk növbədə mətbuat məlumatlandırılacaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş