Məktəblərdəki yoxlamalardan sonra 55 nəfər işdən çıxarılıb

Xəbərlər

18.04.2024 - 14:57

89 nəfərə xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib

Bu ilin üç ayında 345 məktəbdə yoxlama aparılıb, 55 nəfər işdən çıxarılıb.

AYNA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, həmin müddətdə 89 nəfərə xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib.

Müəllif: Ayna.az