Məktəblərdə qış tətili başlayır

Xəbərlər

24.01.2026 - 22:13

Tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək

Ümumi təhsil müəssisələrində qış tətili yanvarın 27-dən başlayacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AYNA.AZ-a bildirilib ki, 5 gün davam edəcək tətil qərar məktəbəhazırlıq qruplarına da şamil edilir.

Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-sidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş