Məktəblər dezinfeksiya cihazları ilə təmin olunacaq

Xəbərlər

11.09.2020 - 17:06

Nazirlik: “Bu istiqamətdə heç bir problem olmayacaq”

 

Məktəblər dezinfeksiya və hərarət ölçən cihazlarla təmin olunacaq. AYNA bildirir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın şərhi ilə bağlı Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında məlumat verilib.

 

Qeyd olunub ki, bu istiqamətdə heç bir problem olmayacaq, bütün məktəblərin zəruri dezinfeksiya məhlulları ilə təmin edilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az