Məktəbəqədər təhsil müəssisələrinin koordinatorları ilə görüş keçirilib

Xəbərlər

02.02.2024 - 15:12

Görüş uşaqların təhlükəsizliyi məsələlərinə və bağçalarda aparılan monitorinqlərə həsr olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəbəqədər təhsil müəssisələrinin koordinatorları ilə görüş keçirilib. AYNA xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib.

Qeyd olunub ki, görüş məktəbəqədər təhsil müəssisələrində uşaqların təhlükəsizliyi məsələlərinə və bağçalarda aparılan monitorinqlərə həsr olunub.

Görüşdə uşaqların təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tərbiyəçi-müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəbəqədər təhsil müəssisələrində valideynlərlə işin səmərəliliyinin artırılması, monitorinqlər və digər vacib məsələlər müzakirə olunub.

Sonda məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunması vəziyyəti, uşaqların davamiyyəti, bağçalar üzrə normativ hüquqi sənədlərin işlənməsi barədə müvafiq tapşırıqlar verilib, təkliflər səsləndirilib, suallar cavablandırılıb.

Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov, Məktəbəqədər təhsilin təşkili sektorunun əməkdaşı Günay Əhmədova iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş