Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır

Xəbərlər

08.08.2022 - 12:29

Tədris digər dillərdə aparılan bölmələr üzrə seçimə isə avqustun 11-dən başlanılır

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə bu gündən başlanılır. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Tədris digər dillərdə aparılan bölmələr üzrə seçimə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, avqustun 5-də saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

Xatırladaq ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Müəllif: Ayna.az