Məktəbdaxili münasibətlərlə bağlı yeni qaydalar hazırlanır

Xəbərlər

28.01.2022 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

"Növbəti tədris ili başlanandək yeni nümunəvi qaydaların təqdimatı olacaq"

"Məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər 2021-ci ilin yayından etibarən başlayıb".

AYNA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sekorunun müdiri Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib. Növbəti tədris ili başlanandək yeni nümunəvi qaydaların təqdimatı olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş