Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi

Xəbərlər

14.01.2020 - 10:37

Həkimlər Klinikalar SEO Xidməti

"Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir"

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəni 90 yaşının tamam olması münasibətilə təbrik edib.

 

AYNA xəbər verir ki, Mehriban Əliyevanın “İnstagram” səhifəsində yer alan təbrikdə deyilir:

 

“Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

 

Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!”

Qeyd edək ki, dünən Prezident İlham Əliyev “X.B.Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Bağı oğlu Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş