Birinci vitse-prezident anım günü ilə bağlı paylaşım edib
Bəlli olduğu kimi, bu gün mərhum Prezident Heydər Əliyevin vəfatından 16 il ötür. AYNA xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva özünün “Facebook” və “Instagram” səhifələrində anım günü ilə bağlı paylaşım edib.
“Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”, - deyə paylaşımda vurğulanıb.