“Tarif əmrləri Prezidentə verilən səlahiyyətdən kənara çıxır”
ABŞ Beynəlxalq Ticarət Məhkəməsi ABŞ Prezidenti Donald Trampın səlahiyyətlərini aşdığını əsas gətirərək onun tətbiq etdiyi tarifləri bloklayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məhkəmənin qərarında deyilir: “Tarif əmrləri IEEPA (Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı) tərəfindən Prezidentə verilən səlahiyyətdən kənara çıxır. Buna görə də ABŞ Prezidentinin tarif sərəncamları ləğv edilir”.