Məhkəmə Tofiq Yaqublunun şikayətinə baxıb

Xəbərlər

15.04.2024 - 16:33

Bakı Apellyasiya Məhkəməsi siyasətçinin şikayətini təmin etməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan siyasi fəal Tofiq Yaqublunun barəsində həbs qətimkan tədbirinin daha iki ay uzadılmasından verilmiş apellyasiya şikayətinə baxılıb. AYNA xəbər verir ki, Yaqublunun şikayətini məhkəmə təmin etməyib.

Qeyd edək ki, T.Yaqublu ötən il dekabr ayının 14-də saxlanılıb. O, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.

Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu ilin aprel ayının 6-da keçirilən məhkəmə iclasında T.Yaqublunun həbs müddəti daha 2 ay uzadılıb.

Müəllif: Ayna.az