Məhkəmə sistemində ilkə imza atılıb

Xəbərlər

10.12.2019 - 15:09

Spiker hakimlər barədə media nümayəndələrinə lazım olan məlumatlar yaxın günlərdə  Məhkəmə-Hüquq Şurası Aparatının rəsmi saytında yerləşdiriləcək

 

Azərbaycanda ilk dəfə hər bir rayon məhkəməsində spiker hakimlər (mətbuat xidməti kimi) fəaliyyətə başlayacaq. AYNA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə, “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda keçirilən tədbirdə məlumat verilib.

 

Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, həmin hakimlər media ilə məhkəmələr arasında münasibətləri tənzimləmək, məhkəmə-media münasibətlərinin normal müstəviyə yönəlməsi məqsədilə ayrılıb. 

 

C.Hüseynov, həmçinin Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə ayrılmış spiker hakimləri tədbir iştirakçılarına təqdim edib. O cümlədən qeyd edib ki, həmin hakimlər barədə media nümayəndələrinə lazım olan məlumatlar yaxın günlərdə Məhkəmə-Hüquq Şurası Aparatının rəsmi saytında yerləşdiriləcək.

 

Aparat rəhbəri onu da əlavə edib ki, Məhkəmə-Hüquq Şurası Aparatının özündə də media ilə işləyən məsul şəxs ayrılıb.

Müəllif: Rumiyyə Miraslan