“Ukrayna hücum edərsə, Belarus taktiki nüvə silahından istifadə edə bilər”
“Minskin Belarusda yerləşdirilən taktiki nüvə silahlarından istifadə etmək üçün Moskvaya müraciət etmək üçün əsasları var”. AYNA TasS-a istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev deyib.
Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskinin “Xalqın xidmətçisi” Partiyasından olan Ali Rada deputatı Oleq Dundanın döyüşlərin Belarusa keçirilməsi təklifinə diqqət çəkib.
“Bu halda Aleksandr Qriqoryeviç Lukaşenkonun Belarusda yerləşən taktiki nüvə silahlarından istifadə etmək barədə Rusiyaya müraciət etmək üçün hər cür əsası olacaq”, - Medvedev qeyd edib.
Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə Medvedev çıxışlarında Kiyevi nüvə silahı ilə hədələyib.