Medvedyev Kiyev və Odessanı ələ keçirməklə hədələyib

Dünya

08.08.2024 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

“Hələ də mövcud olan Ukrayna torpaqlarına getmək mümkündür və lazımdır”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna qüvvələrinin Kursk vilayətinə müdaxiləsinə cavab olaraq Kiyevə və Ukraynanın digər iri şəhərlərinə hücuma keçilməli olduğunu bildirib. AYNA xəbər verir ki, bu barədə Medvedev “Telegram” kanalında yazıb.

“Bu andan etibarən “xüsusi əməliyyataçıq şəkildə ekstraterritorial xarakter almalıdır. Hələ də mövcud olan Ukrayna torpaqlarına getmək mümkündür və lazımdır. Odessaya, Xarkova, Dnepropetrovska, Nikolayevə, Kiyevə və ondan kənara”, - Medvedev qeyd edib.

O, “kimsə tərəfindən tanınan Ukrayna Reyxinin sərhədlərindən” imtina etməyə və bu barədə “açıq, tərəddüd etmədən və ya diplomatik müdaxilələr olmadan” danışmağa çağırıb.

“Banderanın ardıcıllarının terror əməliyyatı bu mövzudan istənilən tabuları aradan qaldırmalıdır. Qoy bunu hamı başa düşsün, o cümlədən ingilis əclafları: biz bunu yalnız özümüz üçün məqbul və sərfəli hesab etdikdə dayanacağıq”, - Medvedev bildirib.

Təhlükəsizlik Şurası sədrinin müavini bundan əvvəl Rusiya hakimiyyətinin Ukraynanın iri şəhərlərini ələ keçirmək istəyinə eyham vurmuşdu. Keçən ilin sonunda o, Kiyev, Odessa, Xarkov, Dnepr və Nikolayevi “müvəqqəti olaraq Rusiyanın işğal olunmuş şəhərləri” adlandırmışdı.

Medvedev daha sonra etiraf etdi ki, Rusiya Kiyevi tutanda Ukraynaya qarşı müharibəyə son qoyacaq: “İndi deyilsə, bir müddət sonra, bəlkə də bu münaqişənin inkişafının hansısa başqa mərhələsində”.

Qeyd edək ki, avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisinə soxulub və qısa müddət ərzində ən azı 11 yaşayış məntəqəsini, həmçinin “Qazprom”un təqribən yarısını təmin edən Sudja qazölçmə stansiyasını nəzarətə götürüb. Eyni adlı Sudja şəhəri əməliyyat mühasirəsinə düşüb və onlarla rus hərbçisi əsir düşüb.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin hücumunu “genişmiqyaslı təxribat” adlandırıb. Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimov Prezidentlə fövqəladə iclasda Putinə Ukrayna ordusunun Rusiyadan kənara atılacağına söz verib. Gerasimovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin “1000 nəfərə qədər olan” bölmələri Kursk vilayətinə daxil olub. O, onların məqsədini Sudjanski rayonunun bir hissəsini tutmaq adlandırıb.

Gerasimovun sözlərinə görə, döyüşlər zamanı Ukrayna ordusu 315 əsgərini, həmçinin 7 tank da daxil olmaqla 54 zirehli texnikasını itirib. O əlavə edib ki, Şimal qrupunun bölmələri FSB sərhədçiləri ilə birlikdə Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən sıxışdırmaqda davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş