MEDİA media subyektlərinə çağırış edib

Xəbərlər

01.03.2026 - 13:55

Agentlik Yaxın Şərqdə hərbi əməliyyatlarla bağlı  media subyektlərinə çağırış edib

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axını müşahidə olunmaqdadır.

AYNA.AZ xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, "dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə” çağırırıq: “Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik", - deyə açıqlamada bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş