Sahibə Qafarova: “Yeni dinləmədə istəyən hər kəsin iştirakı təmin edilməlidir”
“Media haqqında” qanun layihəsi ilə bağlı yenə də böyük dinləmə keçirilməlidir. AYNA xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova açıqlama verib.
O bildirib ki, dinləmədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun da iştirakı zəruridir. Qeyd edib ki, iki böyük dinləmə və komitələrin birgə keçirdiyi dinləmələr kimi yeni dinləmədə də istəyən hər kəsin iştirakı təmin edilməlidir.
“Keçən dəfə dinləməni onlayn keçirməyə məcbur olduq. Bu, PSR testlərlə bağlı idi. Ancaq növbəti dinləmənin canlı keçirilməsinə çalışacağıq”, - deyə Qafarova vurğulayıb.