Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliyi çərçivəsində Media və kommunikasiya şöbəsi ləğv edilib.
AYNA.AZ-ın məlumata görə, ləğv edilən şöbənin əvəzinə müstəqil Media ilə iş sektoru yaradılıb.
Həmçinin Nazirlikdə Kommunikasiya sektoru formalaşdırılıb.
Qeyd edək ki, ləğv edilən şöbənin müdiri vəzifəsini Aynur Kərimova icra edirdi.