Mədəniyyət Nazirliyinin altı əməkdaşı şəhid olub

Xəbərlər

09.12.2020 - 13:50

Anar Kərimov: “Onların əziz xatirələrini hər zaman yaşadacağıq”

 

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov qurumun şəhid olan əməkdaşları barədə paylaşım edib. AYNA xəbər verir ki, A.Kərimov bu barədə “Twitter” hesabında yazıb.

 

“Mədəniyyət sahəsində çalışan və qəhrəmancasına şəhid olan altı igidimizi tanıyaq! Ruhları qarşısında baş əyirik! Onların əziz xatirələrini hər zaman yaşadacağıq. Allah rəhmət eləsin! #ŞəhidlərölməzVətənbölünməz”, - deyə o qeyd edib.

Müəllif: Ayna.az