Mədəniyyət Nazirliyi ilə Rusiyanın əməkdaşlığına dair yayılan sənəd saxtadır

Xəbərlər

07.07.2025 - 23:34

cedabet dərman SEO Xidməti

Mədəniyyət Nazirliyi məlumat yayıb

Son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin guya Rusiya Federasiyası ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürdüyünə dair saxta sənəd yayılıb.

Mədəniyyət Nazirliyindən AYNA.AZ-a verilən xəbərə görə, bu saxta sənədin Nazirlik ilə heç bir əlaqəsi yoxdur.

Bildirilib ki, Nazirlik tərəfindən belə bir sənəd hazırlanmayıb və yayılmayıb: “Vətəndaşlardan və media nümayəndələrindən rəsmi məlumatları yalnız Nazirliyin rəsmi internet səhifəsi və sosial media kanallarından əldə etmələri xahiş olunur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş