Mbappe PSJ prezidentini qəzəbləndirib

İdman

21.04.2024 - 16:52

Xelayfiyə 2023-cü ilin avqustunda PSJ ilə müqaviləsini uzatmağa söz versə də, bunu etməyib

PSJ-nin fransız futbolçusu Kilian Mbappe klub prezidenti Nasser Əl-Xelayfiyə verdiyi sözü yerinə yetirməyib. Bu barədə “Foot Mercato” xəbər yayıb.

Bildirilir ki, Mbappe Xelayfiyə 2023-cü ilin avqustunda PSJ ilə müqaviləsini uzatmağa söz versə də, bunu etməyib. Mbappenin "Real Madrid"ə keçəcəyi ehtimalı böyükdür ki, bu da Xelayfini qəzəbləndirir.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Əvvəllər o tələbəsi olduğu Monakonun şərəfini qoruyub. Bu mövsüm hücumçu Fransa Liqa 1-də PSJ-nin heyətində 28 matçda 26 qola imza atıb.

Mətbuatın yazdığına görə, 2024-cü ilin qışında forvard Fransa klubu ilə müqavilənin sonunda “Real Madrid”ə keçməyə qərar verib. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. Artıq internetdə "Santyaqo Bernabeu"da fransız forvardın təsviri olan şərflər satılmağa başlayıb.

Müəllif: Ayna.az