Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

Xəbərlər

18.04.2024 - 13:50

Proses sentyabrın 13-dək davam edəcək

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır. AYNA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də konfrans mətbuatında deyib.

Bağırov deyib ki, proses sentyabrın 13-dək davam edəcək.

“Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək aparılacaq”, - qeyd edib.

Müəllif: Ayna.az