Maya Sandu seçkilərdə liderdir

Dünya

21.10.2024 - 11:38

cedabet dərman SEO Xidməti

Prezidenti 29 faiz səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir

Moldovanın hazırkı Prezidenti Maya Sandu prezident seçkilərində 35 faiz səs toplayaraq lider olub. AYNA xəbər verir ki, ilkin nəticələr Moldova Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən protokolların 50 faizdən çoxu sayıldıqdan sonra açıqlanıb.

Sandunu 29 faiz səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir. “Bizim” Partiyanın lideri Renato Usati 14 faiz səslə üçüncü yerdə qərarlaşıb.

Dördüncü yerdə keçmiş prokuror Viktoriya Furtune (6%), beşinci yerdə Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah (5%), sonrakı yerlərdə isə keçmiş Baş nazir Vasili Tarlev (3%), keçmiş Baş nazir İon Çiku (2%) qərarlaşıb.

Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur seçki keçiriləcək.

Eyni zamanda, ölkə vətəndaşlarının 55%-i ölkənin Aİ-yə daxil olmasının əleyhinə səs verib, 44%-i dəstəkləyib. İlkin nəticələr Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən protokolların 54%-i sayıldıqdan sonra dərc edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş