May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Xəbərlər

23.05.2026 - 11:53

Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. AYNA.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl mayın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, mayın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin may ayı üzrə pensiyaları ödənilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş