Maştağada həyətdə 15 mindən çox çətənə kolu aşkarlanıb

Xəbərlər

27.06.2022 - 15:44

Polis əməkdaşları “Xaşxaş-2022” şərti adlı əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər

Sabunçu rayonunda polis əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Babayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 3,5 ton çəkidə 15 min 367 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

 

Müəllif: Ayna.az