“Şimali Atlantika Alyansının fəaliyyəti hərtərəfli nəzərdən keçirilməlidir”
“Şimali Atlantika Alyansının (NATO) fəaliyyəti hərtərəfli nəzərdən keçirilməlidir”. AYNA xəbər verir ki, bu barədə amerikalı milyarder və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“NATO-nun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var”, - deyə sahibkar yazıb.
2024-cü ilin yayında Mask ABŞ-ın NATO-ya sərmayə qoymasından qəzəbləndiyini bildirmişdi. Onun sözlərinə görə, “amerikalı vergi ödəyiciləri avropalıların özləri bunu edə bildiyi halda Avropanın təhlükəsizliyinə sərmayə qoymamalıdırlar”.