Masallıda qadın doğuş zamanı ölüb

Hadisə

23.04.2025 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

Ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır

Aprelin 23-də saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. AYNA.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, TƏBİB-dən bildirilib ki, zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərara alınıb. Saat 03:00 radələrində hamilənin səhhətində qəfləti pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:26-da ölüm faktı qeydə alınıb.

Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş