Masallıda meşəlik ərazidən "Kalaşnikov" avtomatı aşkarlanıb

Xəbərlər

28.12.2023 - 22:40

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb

Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş