Masallıda həyətində toy edən şəxs cərimələnib

Xəbərlər

21.12.2021 - 23:54

Həkimlər Klinikalar SEO Xidməti

Toylarda karantin rejiminə riayət edilməsi ilə bağlı monitorinqlər davam etdirilir

Masallı rayonunun Tatyanoba kəndi ərazisində fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə karantin rejim qaydalarının pozulduğuna görə toy təşkilatçısı G.Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş