Masallıda bazar yanır

Hadisə

06.10.2023 - 17:03

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş