Masallıda bazar ərazisində koronavirus xəstəsi saxlanılıb

Xəbərlər

12.12.2021 - 17:31

Həkimlər Klinikalar SEO Xidməti

Ağayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya bildirilib ki, Masallı rayon sakini Ə.Ağayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və Ə.Ağayev Köhnə Bazar adlanan ərazidə aşkarlanıb. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Ə.Ağayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş