Masallıda avtomobil 65 yaşlı kişini vuraraq öldürüb

Hadisə

23.09.2023 - 13:23

Xəstəxanaya yerləşdirilən piyadanı xilas etmək mümkün olmayıb

Masallıda avtomobil piyadanı vuraraq öldürüb. AYNA APA-ya istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Sakit Rəhimov idarə etdiyi "Hyundai Azero" markalı avtomobillə rayonun Yeddioymaq kəndi ərazisində hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Xanağa Abdullayevi vurub.

Piyada aldığı xəsarətdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif: Ayna.az