Masallı sakinlərindən 6 ədəd qanunsuz ov silahı götürülüb

Xəbərlər

04.12.2023 - 23:54

Qanunsuz silahların təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir

Masallı sakinlərindən 6 ədəd qanunsuz ov silahı götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər nəticəsində daha 6 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az