Martın 10-na gözlənilən xəbər

Xəbərlər

09.03.2020 - 13:38

cedabet dərman SEO Xidməti

Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacaq

 

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə duman olacaq.

 

Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş